Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidmətindən verilən məlumata görə, müstəntiqin qərarı ilə cinayət materialları ilə tanış olmaq üçün onlara 50 iş günü yox, 50 təqvim günü ayrılıb.
Həmçinin bildirilib ki, cinayət işi üzrə təqsirləndirilən KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturova materialların rus dilində tərcümə edilmiş vəziyyətdə təqdim edilməsi də rədd edilib.
Xaçaturovun vəkili Mihran Poğosyan qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs Gürcüstanda doğulub, orada böyüyüb və məktəbə gedib, daha sonra SSRİ ərazisində ali təhsil aldığına görə, erməni dilində bilmir və materiallarla tanış olmaqda çətinlik çəkir.
Xatırladaq ki, bu cinayət işi üzrə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, sabiq Müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq Baş katibi Yuri Xaçaturov, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qevorkyan ittiham edilir.
Cinayət işinin ilkin araşdırmasının başa çatması barədə 15 fevral tarixində məlumat verilib. Artıq bu, materialların bir ay yarımadək məhkəməyə daxil olacağı deməkdir.
Alpər Mövludoğlu
Ordu.az