Ermənistanda hərbçinin də qoşulduğu aclıq aksiyası davam edir - FOTO

2019/02/Hovha-3101165218.jpg
Oxunub: 21851     17:47     19 Fevral 2019    
Erməni kinorejissor, prodüser, “Parallels Filmprodakşn” kino şirkətinin təsisiçisi Hovhanes Qalstyan fevralın 3-dən etibarən müddətsiz aclıq aksiyası keçirir.

Ordu.az-ın daha öncə xəbər verdiyi kimi, kinorejissorun elan etdiyi aclıq aksiyasından bir neçə gün sonra fevralın 15-dən etibarən keçmiş döyüşçü 3-cü qrup əlil Mher Mazmanyan da ona qoşulub. Mazmanyanın oğlu Tiqran Mazmanyan atasının aclıq aksiyasına qoşulduğunu mətbuatdan öyrənməsi barədə "Facebook"da qeydlər apardıqdan sonra diqqəti cəlb edib.

O, atasının aclıq aksiyası keçirməsi ilə bağlı ona müraciət edilməməsini xahiş edib. Əlavə edib ki, atasının aclıq aksiyasına qoşulmasını mətbuatdan öyrənib, hətta tələbinin nə olduğunu da bilmir.


Erməni mətbuatına verdiyi açıqlamada aclıq aksiyası keçirən Mher Mazmanyan, son zamanlar insanlara dəyər verilməsinin əhəmiyyətinin çox aşağı düşdüyündən narahatlığını ifadə edib. Bunun gələcəkdə ənənəvi xarakter almaması üçün aclıq aksiyasına qoşulduğunu qeyd edib.

O, Hovhannes Qalstyanın şəxsiyyətinə qarşı hakimiyyətin çox əhəmiyyətsiz yanaşdığını vurğulayıb. Mazmanyan, birbaşa iştirak etməklə aclıq aksiyası keçirən Qalstyana dəstək olmaq niyyətində olduğunu qeyd edib.

O əlavə edib ki, Hovhannes Qalstyan kimi onun da elan etdiyi aclıq aksiyasının müddəti yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aclıq-aksiyası  


Bizi "telegram"da izləyin