168.am: Moskva İrəvana etibar etmir və bunu gizlətmir

2019/02/12635-1550572140.jpg
Oxunub: 14324     14:25     19 Fevral 2019    
Ermənistan hökuməti Suriyaya humanitar missiyanı göndərmək üçün atılan addıma dair heç bir əsaslandırıcı izahat vermədi. Suriyadakı humanitar problemlərin həllinə dəstək istəyi ilə bağlı bəyanatlar gülünc idi. Nəzərə alsaq ki, Suriyada bizim "humanitar" missiyamıza həssas olan bir erməni icması var, bu ifadələr gülünc deyil, faciəli olur.

Suriyaya bir missiya göndərmə addımı bir tərəfdən, həmin ölkədəki erməni icması üçün, digər tərəfdən geosiyasi baxımdan təhlükəlidir. Beləliklə, Ermənistan Suriya böhranında birbaşa Rusiya tərəfində iştirak edir və artıq məsələ ilə bağlı ABŞ Dövlət Departamenti kəskin və kritik bir bəyanatla çıxış edib.

Ermənistan bu addımı ilə, onun maraqları baxımından heç bir əhəmiyyətli arqument olmadan çox mürəkkəb bir tarixi məsələyə cəlb edilib. Bu halda, nə üçün Ermənistanın həm Suriyada yaşayan erməni icması, həm də Suriyaya göndərilən missiya, o cümlədən uzun müddətli Ermənistanın xarici siyasəti üçün təhlükəli ola biləcək bir məsələyə cəlb edildiyinə dair sual ortaya çıxır. Cavab ilk baxışdan göründüyü qədər çətin də deyil və bunun xarici siyasətlə heç bir əlaqəsi yoxdur.

Tam əksinə, səbəblər Ermənistanın içərisində, hakimiyyətin hərəkətlərində və motivasiyasında gizli saxlanılır. Nikol Paşinyan aprel inqilabından sonra Ermənistanın xarici siyasətinin vektor dəyişikliklərinə məruz qalmadığını elan etsə də, Rusiya hakimiyyəti, Vladimir Putin Ermənistanın Baş nazirinə etimad göstərmir. Onlar etibar etmir və bunu gizlətmirlər.

Uzun müddətdir ki, Ermənistanın xarici siyasəti bu inamsızlığı azaltmağa, yumşaltmağa yönəlib. Bundan başqa, bu məqsədə nail olmaq yolunda vasitələr arasında ayrı-seçkilik qoyulmur. Bu kontekstdə biz Ermənistan hökumətinin Suriyaya bir humanitar missiya göndərmək qərarını nəzərdən keçirməliyik.

Bu addım Rusiya və şəxsən Vladimir Putinə xoş gəlmək üçün atılmış addımdır.
Ermənistan rəhbərliyini bu addımdan irəli gələn təhdidlər az narahat edib. Ermənistan hökuməti, əlbəttə ki, Rusiya Müdafiə naziri Sergey Şoyqunun Suriyaya humanitar missiyanın göndərilməsi üçün Ermənistana təşəkkürü ilə kifayətlənir.

Hakimiyyətə gəlməklə, Nikol Paşinyan dərhal Ermənistanda hakimiyyətin qorunub saxlanmasının Kremldən keçdiyi reallığını dərk edərək, Rusiya maraqlarına əvvəllər verildiyindən daha çox fədakarlıqla, hörmətlə yanaşır. Bu mənada, Suriyaya bir humanitar missiya göndərmək bəlkə də ən kiçikdir hədiyyədir. Ermənistan hakimiyyətinin Rusiyanın xoşuna gəlmək üçün daha nələrə hazır olduğunu demək çətindir. Suriyaya humanitar missiyanın göndərilməsi Nikol Paşinyanın Rusiyaya hədiyyəsi idi. Görünür, bu son yox, növbəti hədiyyəsidir. (168.am)

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin