Köçəryan Qarabağdakı “seçkilər”də namizədliyini irəli sürmək niyyətindədir

2019/02/rober-1550563194.jpg
Oxunub: 16397     11:43     19 Fevral 2019    
“... Lakin 1998-ci ildə daimi yaşayış barədə ona saxta arayış verən JEK rəisi tapdığı kimi, eyni halı Qarabağda da həyata keçirə bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Robert Köçəryan gələn ilin əvvəlində qondarma qurumda keçirilməsi nəzərdə tutulan “seçkilər”də namizədliyini irəli sürməyə cəhd edə bilər.

Əlbəttə ki, Koçaryanın işğal altında olan Qarabağda daimi yaşamaq tələbi ilə bağlı problemi var, lakin 1998-ci ildə daimi yaşayış barədə ona saxta arayış verən JEK rəisini tapdığı kimi, eyni halı Qarabağda da həyata keçirə bilər.

Başqa bir seçim də var, konstitusiya dəyişikliyinə təşəbbüs göstərə bilər. Bu təşəbbüslə çıxış etmək üçün Qarabağdakı “seçicilərin” 10%-i, yəni 10 min civarında imza toplamaq tələb olunur.

Qondarma qurumun qanunsuz hərbi birləşməsinin sabiq komandiri Samvel Babayan da bu yolla hərəkət etmək niyyətindədir. Lakin Köçəryan namizədliyini irəli sürməyə qərar verərsə, Samvel Babayan onu müdafiə edə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Qarabağ  


Bizi "telegram"da izləyin