Əsgərlər arasında “Vətəni tanı” intellektual oyunu keçirilib - FOTOLAR

2019/02/12022-9303339084.jpg
Oxunub: 30321     10:07     19 Fevral 2019    
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgərləri arasında “Vətəni tanı” intellektual oyunu keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, oyundan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti mayor Fuad Heydərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, intellektual oyunda iştirak edən əsgərlərə uğurlar arzulayıblar.

Sonra iştirakçılar pazl şəklində olan Azərbaycanın xəritəsində müxtəlif rənglərdə göstərilən şəhər və rayonları müvafiq olaraq xəritə üzərində öz yerinə yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamam­layıblar.

20 əsgər arasından xəritəni daha tez tamamlayaraq qalib adını qazanan əsgərlərə Gənclər və İdman Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.










Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏÜO   Oyun  


Bizi "telegram"da izləyin