Erməni hərbi ekspert: “Suriyaya hərbi heyətin göndərilməsi düşmənçilik kimi nəzərdən keçirilir”

2019/02/52350-1550555233.jpg
Oxunub: 20565     09:46     19 Fevral 2019    
“İkinci Dünya Müharibəsindən sonra Suriyadakı kimi münaqişə baş verməyib, çünki Suriyada yalnız dünya deyil, bölgənin aparıcı ölkələrinin maraqları da toqquşur. Suriya münaqişəsinə İsrail, Türkiyə, Rusiya, Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və İran cəlb edilib. Bu baxımdan da Suriyaya erməni hərbi qrupunun göndərilməsi ümumiyyətlə Ermənistana əlverişli deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı Suriyaya erməni hərbi qrupunun göndərilməsinin nəticələrini şərh edən hərbi ekspert Van Hambartsumyan bildirib.

Onun fikrincə, Suriyaya erməni hərbi qrupunun göndərilməsi düşmənçilik fəaliyyəti kimi nəzərdən keçirilir. Belə ki, erməni hərbi heyəti orada Rusiya Federasiyasının xahişi ilə yerləşdirilib.

“Əgər əvvəllər terrorçular üçün erməni icması neytral zonada qalırdısa, indi hərbi heyət peyda olduqdan sonra hökumət qüvvələrinə yardım edən tərəf kimi nəzərdən keçiriləcək. Ermənistandan göndərilən 83 nəfərlik qrupun yerləşdirildiyi Hələb şəhərinə böyük hücum, o cümlədən, hücum zamanı kimyəvi silahların tətbiq ediləcəyi gözlənilir.

Əgər xatırlayırsınızsa bir sıra ölkələrdə, o cümlədən bu və ya digər şəkildə Suriya münaqişəsinə cəlb edildikdən sonra Fransa və Almaniyada terrorçuluq fəaliyyətləri həyata keçirildi. Buna görə də hər hansı şəkildə Suriya proseslərinə cəlb edilmək təhlükəlidir”, - deyə Hambartsumyan bildirib.

Ermənistanda ilk diversiya-kəşfiyyat dəstəsinin təsisçi komandiri, kəşfiyyatçı Vova Vardanovun fikrincə, Suriyaya erməni hərbi qrupunun göndərilməsi zərurət idi, hətta bu yardım gecikmiş addımdır.

“Nəhayət bu gün, biz erməni icmasına qarşı öz öhdəliyimizi yerinə yetirməliyik. Mənim üçün Qərbdə və ya Şərqdə nə düşünəcəkləri fərq etmir, erməni müdafiə olunmalıdır. Harada erməni icması var, erməni qoşunu orada olmalıdır. Kənarda olan erməni icmalarını yalnız “sağmal inək” kimi nəzərdən keçirmək olmaz. Xaricdə olan bizim həmvətənlilərimiz bizim ayrılmaz hissəmizdir. Erməni kənarda müdafiə edilməlidir, əgər bunu başa düşməyən adam varsa, o zaman qoy millətini dəyişsin”, - deyə Vova Vardanov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin