Beynəlxalq “Qış təlimi-2019” davam edir - FOTOLAR+VİDEO
Oxunub: 20605
20:26
18 Fevral 2019
Türkiyə Respublikasının Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi-2019”da hərbi qulluqçularımızın iştirakı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən qarlı və şaxtalı havada təyyarə, eləcə də helikopterlərdən endirilən taktiki hava desantı qrupları ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.
Təlimdə iştirak edən digər ölkələrin bölmələri ilə qarşılıqlı əlaqədə döyüş atışlarını icra edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları çoxmillətli qış təlimində ölkəmizi layiqincə təmsil edirlər.