Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Şirak vilayətinin prokuroru Karen Qabrielyan bildirib.
O, cinayət işi üzrə bəzi detalları açıqlayaraq qeyd edib ki, ilkin araşdırma əsasında işin məhkəməyə göndərilməsi üçün kifayət qədər dəlillər toplanıb.
Ekspertizanın müvafiq rəylərini aldıqdan sonra cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilib. Erməni prokuror, bu prosesin 20 gündən sonra başa çatacağını ehtimal etdiyini qeyd edib.
Quqasyanın ölümündə ittiham edilən Razqildeyev isə narkotik maddə istifadəçisi ehtimalını müəyyən etmək üçün analiz nümunəsi verilməsindən imtina edib. Prokurorun sözlərinə görə, bu onun hüququdur. O, nümunə götürmək üçün başqa növ mexanizmə malik olmadıqlarını, məcbur etməklə də götürə bilməyəcəklərini vurğulayıb.
İlkin araşdırma yolu ilə müəyyən edilib ki, Qukasyandan başqa Razqildeyevin əməllərindən daha bir nəfər şəxsdə zərər çəkib.
İkinci zərərçəkən şəxslə bağlı da ekspertiza təyin edilsə də, zorakılıq əlamətlərinin aşkar edilmədiyi qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az