Azərbaycan nümayəndə heyəti "Ukroboronprom"la danışıqlar keçirib

2019/02/36746-1550492834.jpg
Oxunub: 22228     16:24     18 Fevral 2019    
Ukraynanın "Ukroboronprom" şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində fevralın 17-də açılan IDEX-2019 Beynəlxalq sərgi və konfransında iştirak edir.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, IDEX quru, dəniz və hava hücumundan müdafiə sahələrində son texnologiyaları nümayiş etdirən ən böyük beynəlxalq müdafiə sərgilərindən biridir. Bu sərgi dünyada dövlət və biznes orqanlarının hərbi qüvvələri ilə əlaqələrin möhkəmləndirilməsi üçün unikal platformadır.

Bu il sərgidə ilk dəfə "Luç" DKKB konserni tərəfindən hazırlanan "Neptun" gəmi əleyhinə raket kompleksi və "Olxa" yüksək dəqiqlikli raket sistemləri göstərildi.

IDEX-2019 sərgisinin qonaqlarına Morozov adına konstruktor bürosunun hazırladığı BTR 4MB1 zirehli maşınları, "Sparrow LE" və "Fantom 2" pilotsuz uçuş vasitələri, "Xarza" perimetr üzrə mobil mühafizə RLS-i, "Korsar" və "Stuqna" TƏİRK-i, "Zaslon" aktiv mühafizə kompleksi və Ukrayna müdafiə sənayesinin digər yeni məhsulları təqdim edildi.

Sərginin ilk günündə Azərbaycan, BƏƏ, Anqola, Banqladeş, eləcə də bir sıra beynəlxalq şirkətlərin rəsmi nümayəndə heyəti ilə danışıqlar keçirilib.

IDEX-2019 sərgisini Ukrayna Müdafiə və Təlükəsizlik Şurası katibinin birinci müavini Oleq Qadkovski, Müdafiə nazirinin müavini İqor Pavlovski, İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Yuriy Brovçenko və Ukraynanın digər rəsmiləri ziyarət edib.

IDEX sərgisi hər iki ildən bir Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən Milli Sərgi Mərkəzində (ADNEC) təşkil olunur.

Tədbir BƏƏ Əmiri, Silahlı Qüvvələrinin Ali Baş Komandanı əlahəzrət şeyx Xəlifə bin Zayed Əl Nahayanın himayəsi altında və BƏƏ Silahlı Qüvvələrinin tam dəstəyi ilə keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukroboronprom   IDEX  


Bizi "telegram"da izləyin