Qaradağlıda erməni vəhşiliyinin izi ilə - FAKTLAR (ARAŞDIRMA)

2019/02/8765-1550485978.jpg
Oxunub: 32373     14:25     18 Fevral 2019    
17 Fevral 1992-ci il Xocavənd Rayonu Qaradağlı Kəndinin Soyqırım Günüdür!

Bir zamanlar Qarabağda tarixin gələcək müsibətlərindən xəbərsiz çal-çağırlı, barlı-bağatlı, oğul-qızları mərdlik nümunəsi olan dörd bir tərəfli yağı düşmənlərlə əhatə olunmuş, tarixin amansız acılarını dadmış, bu acıları mərdliklə dəf etmiş Qaradağlı adlı kənd vardı. Təbiət bütün gözəlliklərini bəxş etdiyi kimi, tarixin özü də bütün sınaqlarını bu kənddən əsirgəməmişdi. XX əsrdə Qaradağlı kəndi beş dəfə dağılmışdı. 1905, 1907, 1915, 1918-ci illər... Bu illərdə millətimizə verilən zülümlər sovetlər dövründə müvəqqəti unudulsa da bu faciə və ağrılar insanların yaddaşından heç zaman silinməmişdi...

Hələ sovetlər dövründə belə dinc dayanmayan ermənilər, milli münaqişəni qızışdırmaq üçün ən qanlı terror hadisəsini törətməkdən belə çəkinmirdilər. 1967-ci ildə milli münaqişə yaratmaq üçün üç nəfər azərbaycanlıya, əslən Qaradağlı kəndindən olan adamlara böhtan ataraq həbs etdirən ermənilər, həmin adamların məhkəmədə bəraət almalarına məhəl qoymayaraq günün günorta çağı sovet əsgərlərinin gözü qarşısında başlarını vəhşicəsinə kəsərək, üzərlərinə benzin töküb yandırmışdılar. Bu Azərbaycanlılara qarşı hazırlanan və həyata keçirilən qanlı təxribatların ən qatı terror hadisəsi idi. Təbii ki, açıq münaqişəyə qədər. Əlbəttə, söhbət 90-cı illərdən gedir...

1988-ci il 12 fevral günü ermənilər iyrənc niyyətlərini açıq şəkildə bəyan etdikdən sonra, məlum Qarabağ hadisələri başladı. Hadisələrin başlandığı ilk günlərdə Dağlıq Qarabağda azərbaycanlılar o yer qalmadı ki, öz haqq səslərini çatdırmasınlar. Lakin bunlar heç bir nəticə vermədi. Münaqişə isə getdikcə genişlənir, kəndlər, şəhərlər yandırılır və talan edilirdi.

Bu rayonlardan biri də Xocavənd rayonu idi. Azərbaycan Respublikasının 1991-ci il 26 noyabr tarixli 279-XII nömrəli qanununa əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmiş, Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdı. Rayonun ümumi sahəsi 1458 kvkm, əhalisi 41300 nəfərdir. Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixində Ermənistan silahlı birləşmələri tətəfindən işğal olunub. Erməni təcavüzü nəticəsində rayon sakinlərindən 145 nəfər qətlə yetirilib ki, bu da rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biridir. 300 nəfərdən çox rayon sakini sağlamlığını itirib. Hazırda rayon əhalisi məcburi köçkün kimi ölkənin 36 rayonunda məskunlaşıb.

Rayonun əhali sayı, nisbətən ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərdən biri də Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi Xocavənd və Xankəndi yolunun üzərində yerləşirdi. 4 il bu yoldan ermənilərin gediş-gəlişi kəsilmişdi və ermənilər digər erməni kəndlərindən salınmış yoldan istifadə edirdilər.

Dörd il öz kəndlərini təkbaşına müdafiə edən qaradağlılar doğma yurdun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar. Başı bəlalı kəndin yaşadığı, daha doğrusu işğalçı Ermənistan ordusunun bu kənddə törətdiyi qanlı hadisələrin qısa xronikasını Sizə təqdim edirik:

1. 24.11.1990-ci il tarixində Xocavənd-Xankəndi yolunun 6 km-də içərisində 3 nəfər (biri Qaradağlı kəndindən, ikisi qonaq gəlmişdi) azərbaycanlının olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində maşında olanların hər üçü vəhşicəsinə qətlə yetirildi, sinələrinə güllə ilə xaç şəkli çəkildi.

2. 09.01.1991-ci il tarixində yenə də həmin yerin yaxınlığında (bu yerlər bütünlüklə erməni məntəqələrinin əhatəsində idi) kəndə gələn UAZ markalı avtomaşın erməni quldurları tərəfindən atəşə tutuldu, bir nəfər - 1958 təvəllüdlü, 4 uşaq atası Bayramov Soltan Rəşid oğlu öldürüldü, 4 nəfər isə yaralandı.Yaralılardan Səmədov Nemət Əsgər oğlu və Əzizov Əfqan Musa oğlu sonralar aldıqları yaralardan dünyalarını dəyişdilər.

3. 08.03.1991-ci ildə kəndin ətrafında 2 nəfər vəhşicəsinə qətlə yetirildi - Hüseynov Zülfüqar Dəmir oğlu, Quliyev Ələkbər Məmməd oğlu kənddə dəfn olundular.

4. 28.06.1991-ci il tarixində kəndin 3 km-də ”Vərəndəli” adlanan yerdə fermada erməni quldurlarının törətdiyi vəhşi terror hadisəsi nəticəsində 6 nəfər,3-ü qadın olmaqla diri-diri yandırıldı.

Bu vəhşi terrorun qurbanları aşağıda adları qeyd olunan soydaşlarımızdır:

1.Tağıyev Bakir Qaçay oğlu - 6 uşaq atası;
2.Məmmədov Tohid Cəlik oğlu -11 uşaq atası;
3.Şirinov İltifat Əjdər oğlu - 2 uşaq atası;
4.Şirinova Qaragöz Həbil qızı - 8 övlad anası (sonuncular ana-bala idi);
5. Hüseynova Səbiqa Mürsəl qızı - 2 övlad anası;
6.Hüseynova Məxmər Məcid qızı - 1 övlad anası.


5. Növbəti qanlı terror hadisəsi: 1991-ci il 8 sentyabr tarixində baş verdi.

Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 km-də pusquda durmuş erməni quldurları tərəfindən güclü atəşə tutulması nəticəsində avtobus güllələrdən deşik-deşik olur, içində olan 40 nəfərə yaxın adamdan 6-sı qadın olmaqla, 8 nəfər qətlə yetirilir. Həmin vaxtdan başlayaraq kəndə gediş-gəliş mümkün olmur.

Həmin gün şəhid olanlar aşağıda adları qeyd olunanlardır:

1.Quliyev Əloğlan Ələslan oğlu;
2.Quliyev Gündüz Əlqəmə oğlu;
3.Quliyeva Nazənin Rəşid qızı;
4.Hüseynova Rahilə Şahmar qızı;
5.Hüseynova Rəxşəndə Bayram qızı;
6.Hüseynova Qənirə Həmid qızı;
7.Hüseynova Gülzəndə Bakir qızı;
8.Babayeva Validə Həmid qızı.

Həmin vaxda avtobusda olan kənd sakinlərindən 5 nəfəri aldıqları güllə yaralarından sonradan vəfat etdilər.

Bunlar aşağıda adları qeyd olunanlardır:

1.Hüseynov Əvəz Mahmud oğlu;
2.Hüseynov Zülümxan Miriş oğlu;
3.Hüseynova Ürüzgar Pəsi qızı;
4.Hüseynova Göyçək Həmid qızı;
5.Əzizova İltifat Yelmar oglu.

Sağ qalanlar:

1.Əliyev Ümidvar İsa oğlu (İşğal günü girov düşüb);
2.Əliyev Təyyar Əmirxan oğlu;
3.Hüseynov Almazxan Arazxan oğlu;
4.Hüseynova Durna Cəlil qızı;
5.Süleymanov Məhəbbət Qaçay oğlu (İşğal günü girov düşüb);
6.Şirinova Minarə Cəfər qızı (İşğal günü girov düşüb);
7.Məmmədov Ədalət Şahmar oğlu (İşğal günü girov düşüb);
8.Əliyev Zülü Məhəmməd oğlu;
9.Hüseynova Minbirgül Əsgər qızı;
10.Hüseynova Çimnaz Əlamşadqızı;
11.Hüseynova Nisə Hüseyin qızı;
12.Hüseynov Zülfiqar Həmzə oğlu (Sürücü, əlil);
13.Hüseynova Şamama Mahmud qızı;
14.Quliyev Əlqəmə Baloğlan oğlu (İşğal günü girov düşüb);
15.Şirinov Böyükkişi Lələ oğlu (İşğal nəticəsində şəhid olub);
16.Bayramov Rəşid Həşim oğlu (İşğal nəticəsində şəhid olub);
17.Bayramov Elimdar Rəşid oğlu (İşğal nəticəsində şəhid olub);
18.Bayramova Afərin Alıhüseyn qızı;
19.Hüseynov Həbib Həmzə oğlu (İşğal nəticəsində şəhid olub);
20.Əliyev Əbülfət Hilal oğlu;
21.Abbasov Vidadi Aydın oğlu.


Yuxarıda adları qeyd olunan kənd sakinlərindən 1 nəfəri qadın olmaqla, 7 nəfər müxtəlif dərəcəli güllə yaraları alıblar.

6. Ermənilər isə get-gedə daha da azğınlaşırdılar. 08.01.1992-ci il tarixində İkinci Dünya Müharibəsi İştirakçısı Əliyev Qasım Hüseyn oğlu və 23 yaşlı Məzahir Gülverdiyev ermənilərin açdığı atəş nəticəsində qətlə yetirildilər. Hər iki şəhidin meyiti böyük çətinliklə helikopter vasitəsi ilə kənddən çıxarıldı.

Artıq Qaradağlının halqası tam sıxılır. Kəndin 12-km-də olan Xocavənd kəndi 19.12.1991-ci ildə işğal edilir. Kəndə yaxın olan Malıbəyli 12.02.1992-ci il tarixdə yandırılır. Hamıya aydın idi ki, növbəti hədəf Qaradağlıdır. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün hər dəqiqə yaxınlaşırdı. Fevral ayının 14-də Kənxurd (Zori Balyanın anadan olduğu kənd), Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ninqi-Xankəndi və digər erməni kəndləri istiqamətindən erməni quldurları xarici muzdluların və Xankəndində yerləşən Sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər. Sadə silahlarla az miqdarda təmin olunmuş qaradağlılar düşmənlə qeyri-bərabər döyüşə girdilər.

Qaradağlının son döyüşünün xronikası

14.02.1992-ci il tarixində şəhid olanlar:

1. Zeynalov Mobil Əliş oğlu (Məktəb direktoru);
2. Hüseynov Xanalı Həbib oğlu;
3. Həsənov Altay Məhəmməd oğlu;
4. Dadaşov Manaf İslam oğlu;


15 fevral 1992-ci il tarixində şəhid olanlar:

1. Hüseynov Əsgər Səməd oğlu;
2. Bayramov Rəşid Həşim oğlu;
3. Rüstəmova Zirvə Abdıhüseyn qızı.


16-17 fevral 1992-ci il tarixlərində şəhid olanlar:

1. Bayramov Arif İbrahim oğlu;
2. Dadaşov Eldar İsa oğlu;
3. Hüseynov Şahmurad Abdıhüseyn oğlu;
4. Hüseynov Dəmir Musa oğlu;
5. Hüseynov Fədail Zülfiqar oğlu (Məktəbli);
6. Kərimov Əliqismət Qara oğlu;
7. Doluxanov Rəhim Möhkəm oğlu.

1992-ci il 17 fevral tarixində Qaradağlı kəndi qeyri-bərabər döyüşdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal zamanı 118 nəfər əsir götürüldü. Əsir götürülənlərdən əksəryəti gənclər olmaqla, 33 nəfəri kəndin yaxınlığında “Bəylik bağı”adlanan yerdə erməni cəlladları tərəfindən vəhşicəsinə güllələndi ki, öldürülənlər və yaralı halda olanları da bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtdülər. Bu hadisə, həmin gün təsadüf nəticəsində sağ qalan Hüseynov Vidadi Qardaşxan oğlunun gözləri qarşısında baş verib. Hadisənin dəhşəti bir də onda idi ki, ata-ananın, qardaşın gözləri qarşısında dogmaları güllələnirdi.

Onlar aşağıdakılardır:

1.Tağıyev Telman Tevon oğlu (Əlində gizlətdiyi qumbaranı partladıb özü ilə bərabər erməniləri də məhv edib);
2.Tağıyev Faiq Həsrət oğlu;
3. Məmmədov Ədalət Şahmar oğlu;
4. Məmmədov Məmməd Əmirxan oğlu;
5. Məmmədov Ərəstun Ağalar oğlu;
6. Hüseynov Fehruz Mahmud oğlu;
7. Hüseynov İbiş Həbib oğlu (Məktəbli);
8. Quliyev Nəbi Mütəllim oğlu;
9. Əliyev Xaliq Məhərrəm oğlu (Məktəbli);
10. Nağıyev Avdandil Xanlar oğlu (Məktəbli);
11. Hüseynov Nifdalı Bakir oğlu;
12. Rəhimov Məhi Surxay oğlu;
13. Dadaşov Uğur Eldar oğlu (Məktəbli);
14. Vəliyev Mobil Mürsel oğlu;
15. Mustafayev Qərib Həsrət oğlu;
16. Kazımov Nəsimi Kazım oğlu;
17. Tağıyev Zahir Gülüm oğlu;
18. Hüseynov Nahid Adil oğlu;
19. Əzizov Alov Əfqan oğlu;
20. Əzizov Atəş Əfqan oğlu;
21. Mustafayev Talıb Yaqub oğlu;
22. Əliyev Zahid Zeynal oğlu;
23. Quliyev Mirzəli Nüsrət oğlu.


Qaradağlı – Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində insanlar maşınlardan düşürülür və hamının gözü qarşısında güllələnirdilər.

Zəki bulağında qətlə yetirilənlər:

1. Abbasov Səlvər İldırım oğlu;
2. Bayramov Elmidar Rəşid oğlu.
Erməni kəndi olan Cəmiyyətdə qətlə yetirilənlər:
1. Xəlilov Zahid Əyyub oğlu;
2. Hüseynov Həbib Həmzə oğlu (Ailəsindən 4 nəfər şəhid olub).


Girovluqda olarkən ermənilər tərəfindən əzab və işgəncələr verilərək amansızlıqla qətlə yetirilənlər:

1. Hüseynov İmran Əhməd oğlu;
2. Şirinov Böyükkişi Lələ oğlu;
3. Tağıyev Kamil Sərdar oğlu;
4. Vəliyev Fazil Cavad oğlu;
5. Quliyev Əlaslan Nəriman oğlu;
6. Hüseynov Şura Avdıhüseyn oğlu;
7. Nazarov Şura İbad oğlu;
8. Quliyev Kamal Bəylər oğlu;
Taleyi naməlum olanlar:
1. Əliyev Vətən Əmirxan oğlu (Subay);
2. Axundov Hafiz Elmaz oğlu (Subay);
3. Dadaşov Mikayıl İslam oğlu (Subay);
4. Hüseynov Əbülfət Mehman oğlu (Subay);
5. Vəliyev Füzuli Cavad oğlu (Ailəli);


Müxtəlif dövrlərdə şəhid olanlar:

1. Kazımov Səlim Kazım oğlu;
2. Tağıyev Elsəvər Teyyub oğlu (Məktəbli);
3. Süleymanov Elçin Möhübbət oğlu;
4. Əzizov İltifat Yelmar oğlu.


Əsir götürülənlərdən 50 nəfər Xankəndi və Əsgəranda 2 aydan artıq əsirlikdə saxlanılıb, əsirlikdən azad olunduqdan sonra əksəriyyəti aldıqları sağalmaz yaralardan müxtəlif vaxtlarda vəfat ediblər.

Onlar aşağıdakılardır:

1. Şirinov Familət Gəray oğlu;
2. Hüseynov Zülümxan Miriş oğlu;
3. Quliyev Yusif Nərimanov oğlu;
4. Əmirxanova Minayə Səməd qızı;
5. Hüseynova Sitarə Səməd qızı;
6. Həsənov Məhəmməd Hüseyn oğlu;
7. Xəlilov Vaqif Əyyub oğlu;
8. Məmmədov Şəmil Ali oğlu;
9. Tağıyev Sərdar Qaçay oğlu;
10. Tağıyev Əvəz Qaçay oğlu;
11. Hüseynova Mirvari Təhməz qızı;
12. Tağıyeva Güllər Dostu qızı;
13. Babayev Cavanşir Binnət oğlu;
14. Babayev İsa Binnət oğlu;
15. Sadıqova Mina Mirxudar qızı;
16. Hüseynov Altıxan Fərman oğlu;
17. Əliyev İlqar Qasım oğlu;
18. Tağıyev Tevon Həbil oğlu.


Hal-hazırda yaşayanlar:

1. Şirinov Şamxal Familət oğlu;
2. Hüseynov Firuddin Hümbət oğlu;
3. Əmirxanov Güloğlan Ənbər oğlu;
4. Əliyev Oruc Məhərrəm oğlu;
5. Süleymanov Möhəbbət Qacay oğlu;
6. Şirinov Elşən Elman oğlu;
7. Şirinova Minarə Cəfər qızı;
8. Quliyev Əmiraslan İman oğlu;
9. Nağıyev Seyyur Xanlar oğlu;
10. Quliyeva Sədaqət İmran qızı;
11. Quliyev Rafiq Əlaslan oğlu;
12. Əliyev Nofəl Qasım oğlu;
13. Abbasov Aydın Mehdi oğlu;
14. Məmmədov Ələddin Alı oğlu;
15. Quliyev Əlqəmə Baloğlan oğlu;
16. Tağıyev Tapdıq İnqlab oğlu;
17. Tağıyev Talıb İnqlab oğlu;
18. Tağıyev Xudayyət Məmməd oğlu;
19. Hüseynov Vidadi Qardaşxan oğlu;
20. Hüseynov İlqar Qardaşxan oğlu;
21. Hüseynova Həqiqət Yusif qızı;
22. Babayev Şirvan Cavanşir oğlu;
23. Quliyev Gərəkməz Mirxudar qızı;
24. Əliyev Şahruz Əmirxan oğlu;
25. Hüseynov Novruz Həmzə oğlu;
26. Quliyeva Tavar Hüseyn qızı;
27. Kərimov Qara Hüseyn oğlu;
28. Babayev Rabil Rahib oğlu;
29. Kazımov Kazım Əbülhəsən oğlu;
30. Əliyev Umudvar İsa oğlu;
31. Doluxanov Məhkəmə Müseyib oğlu;
32. Hüseynov Baxşeyiş Əkbər oğlu.


Bütün bu deyilənlər Qaradağ dərdli məmləkətimizin kiçik bir dağ kəndində üzləşdiyi qanlı faciədir. Dörd il ərzində hər gün Qaradağlı kəndi ermənilərin hücumuna məruz qalıb, hər gün kənddə demək olar ki, bir qanlı hadisə törədilib. 1992-ci il 17 fevral tarixində Qaradağlı kəndinin işğalı zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər ermənilər tərəfindən güllələnib, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqlayıblar. Əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonra vəfat edib. Əsrlikdə saxlanılanlara qarşı vəhşi, vandalizim hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanılmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyin qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 93 nəfər sakinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri isə məktəbli olub.

İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəsdəxana binası və çox sayda digər sosial obyektlər dağıdılıb.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaradağlı   Soyqırım   Erməni-vəhşiliyi  


Bizi "telegram"da izləyin