Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə naziri Davit Tonoyan bildirib.
""IDEX-2019" müdafiə sərgisində jurnalistin sualına cavab olaraq, Tonoyan, "Silahlanmanın dəqiq növləri barədə danışmaq hələ tezdir" deyə qeyd edib.
Qeyd edək ki, son 100 milyon dollar məbləğində kredit haqqında saziş 2017-ci ilin sonlarında Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib. Əvvəllər İrəvan Moskvadan 200 milyon dollar məbləğində müdafiə krediti alıb.
Alpər Mövludoğlu
Ordu.az