Nikol Paşinyan öz ampulasına qayıtdı və bu dəfə sadəcə Respublikaçılar yox idi.
Onlar hökumətin çıxışlarında, yeni müxalifətin tənqidçiləri rolunda fiziki olaraq olmasa da, psixoloji cəhətdən orada idilər. Hər halda növbəti şou başa çatdı və indi müvəqqəti fasilə başlayır. İqtisadi inqilabdan danışarkən, bu inqilabi proqramın təsdiqindən sonra hökumət artıq onu tam şəkildə həyata keçirməyə başlamalıdır.
Budur, bəlkə də, bəzi təbəqə qrupları üçün tamaşa nümayişləri başa çatır və nəticələrin qiymətləndirilməsi mərhələsi başlayır. Əvvəlki aylar, davamlı qeyd olunan statistik məlumatlardan asılı olmayaraq nəticələr baxımından ümidverici olmayıb. Bu səmərəlilik ictimai əhval-ruhiyyədə görünmür. Nəticələrin olmaması, əlbəttə ki, düşmən axtarmaqla, düşmənləri məğlub edərək və bütün bunların ətrafında güclü hakimiyyət-xalq birləşməsini təmin etməklə əvəz etmək olar. Lakin bu proses yalnız nəticələrin qiymətləndirilməsini gecikdirə bilər, ləğv edə bilməz.
Axı hər hansı bir şou yorğunluğa səbəb ola bilər. Bir də ki, inqilab şou naminə həyata keçirilməyib. Daha əvvəl də belə şoular vardı. İnqilab nəticələr naminə həyata keçirilib və artıq nəticələrin qeydiyyatı vaxtı gəlib çatıb. İctimaiyyət bu nəticələri “əsəbiləşən” müxalifətdən, Levon Ter-Petrosyandan, Robert Köçəryandan, Serj Sarkisyandan, hətta Aşotyandan və ya Saşik Sarkisyandan deyil, hakimiyyətdən, mövcud hökümətdən tələb edəcək. (Past.info)
Alpər Mövludoğlu
Ordu.az