Hərbçilərimiz Türkiyə HDQ tarixinin ən böyük təlimlərinə hazırlaşırlar

2019/02/thumb-1550058541.jpg
Oxunub: 13023     15:46     13 Fevral 2019    
Türkiyə Silahlı Qüvvələri Qara, Egey və Aralıq dənizində keçirilən "Birləşmiş Müştərək Qış-2019" təlimlərindən sonra reallaşdırılacaq “Mavi Vətən” təlimləri ilə güc nümayişinə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyinə hərbi mənbələrdən bildiriblər.

Bildirilir ki, Quru, Dəniz və Hava Qüvvələri Komandanlığının xüsusi təyinatlı qüvvələrinin şəxsi heyəti ilə yanaşı “Birləşmiş Müştərək Qış-2019” təlimlərində 8 ölkə iştirakçı və 7 ölkə müşahidəçi kimi iştirak edir. 15 dost və müttəfiq ölkələrdən olan 251 şəxsi heyətin qatıldığı ölkələr arasında Azərbaycan, Bosniya və Herseqovina, Qatar, Birləşmiş Krallıq, Almaniya və İtaliya iştirak edir.

Qeyd edək ki, bu günə qədər Türkiyə donanmasının ən böyük təlimləri olacaq “Mavi Vətən” 27 fevral-8 mart tarixləri arasında baş tutacaq.

İlkin Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin