Erməni ordusunda ölən hərbi qulluqçu uşaq evində böyüyüb

2019/02/51138-1549962457.jpg
Oxunub: 402     13:51     12 Fevral 2019    
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birinin müdafiə ərazisində odlu silah yarasından ölən 34 yaşlı müqaviləli xidmət hərbi qulluqçusu Mesrop Qriqoryan Kotaykın “SOS uşaq evləri” kəndindən olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kotayk kənd inzibati ərazisinin rəhbəri Karen Mnatsakanyan bildirib.

O qeyd edib ki, ölən hərbi qulluqçu uşaq evində böyüyüb, bacı və qardaşı olsa da, Vayots Dzor vilayətinin Xaçik kəndində yaşayırdı.

Kotayk hərbi komissarının müavini polkovnik-leytenant Babken Kurğinyan bildirib ki, Qriqoryan uzun müddət erməni ordusunda qulluq etdikdən sonra xidmətinə son verib. 2018-ci ilin oktyabr ayından Qriqoryan yeni müqavilə imzalayaraq, silahlı qüvvələrdə qulluğunu davam etdirib.

Xatırladaq ki, daha öncə verilən məlumata əsasən Mesrop Rubikoviç Qriqoryan dünən Ermənistan SQ-nin hərbi hissələrindən birinin müdafiə ərazisində aldığı odlu silah yarası nəticəsində ölüb. Hadisənin təfərrüatının araşdırılması üçün istintaq tədbirləri davam edir.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Mesrop Rubikoviç Qriqoryan müddətdən artıq xidmət edən hərbi qulluqçunun açdığı atəş nəticəsində həlak olub. Bildirilir ki, Qriqoryanla əsgər arasında mobil telefona görə, mübahisə yaranıb və hadisə ölümlə nəticələnib. Qriqoryan əsgərin əlindən mobil telefonu aldıqdan sonra əsgərin onu geri tələb etməsilə mübahisə yaranıb. Sosial şəbəkələrdə erməni istifadəçilərin yaydığı məlumata görə, Mesrop Qriqoryan zabitdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm  

Erməni ordusunda ölən hərbi qulluqçu uşaq evində böyüyüb

2019/02/51138-1549962457.jpg
Oxunub: 403     13:51     12 Fevral 2019    