Erməni əsgərin xidmət yoldaşını başından yaralaması ilə bağlı YENİ DETALLAR

2019/02/00-31-1549956711.jpg
Oxunub: 1558     11:30     12 Fevral 2019    
Müşahidə postunda xidmət zamanı yatdığına görə baş verən mübahisədə alçaldılmış erməni əsgər xidmət yoldaşını baş nahiyyəsindən yaralayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sünik vilayət məhkəməsində N.Ara adlı hərbi qulluqçunun cinayət işinin araşdırılması yekunlaşdırılıb.

Hadisə baş verən zaman müddətdən artıq xidmət edən hərbi qulluqçu olan 1998-ci il doğumlu N.Araya xidməti yoldaşını öldürmə cəhdinə görə cinayət işi açılıb. İttihamda deyilir ki, N.Ara adlı hərbi qulluqçu 2016-cı il 11-25 noyabr tarixlərində döyüş növbətçiliyi tərkibinə müşahidəçi olaraq cəlb edilib. Hərbi qulluqçu 2016-cı il noyabrın 22-i saat 09:40 radələrində postda yatdığına görə çıxan mübahisə zamanı onunla eyni postda müşahidəçilik edən B.Aznavur tərəfindən təhqirə məruz qalıb. Ekspertizanın rəyinə əsasən, N.Ara öz ünvanına deyilən ağır təhqir və söyüş ifadələrindən sonra dərin psixoloji gərginlik keçirib, hadisə baş verən məqamda fizioloji təsir altında olub.

B.Aznavurdan qisas almaq məqsədilə, gərgin psixoloji təsir altında müşahidə postunun girişi yaxınlığında ona təhkim edilmiş silahı dolduraraq, müşahidə postunun daxilində oturan B.Aznavurun baş nahiyyəsindən bir dəfə atəş açıb. Bununla da, N.Ara xidmət yoldaşı B.Aznavura baş nahiyyəsindən dəlib keçən odlu silah yarası ilə xəsarət yetirib.

Yaralı hospitala təxliyyə edilməklə xilas edildikdən sonra, hadisəni törədən hərbi qulluqçuya qarşı psixoloji gərginlik təsirində öldürmə cəhdinə görə ittiham irəli sürülüb. Onun üçün törətdiyi cinayətə görə 4 il azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu bildirilir. Təqsirlinin əhv edilməsi ilə bağlı müraciətini nəzərə alan məhkəmə son 10 ildə mövcud əfv aktlarının ona qarşı tətbiq edilmədiyini nəzərə alaraq, ittiham edilən N.Ara adlı hərbi qulluqçuya qarşı açılan cinayət işinə xitam verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-əsgər   Ölüm-Faktı  

Erməni əsgərin xidmət yoldaşını başından yaralaması ilə bağlı YENİ DETALLAR

2019/02/00-31-1549956711.jpg
Oxunub: 1559     11:30     12 Fevral 2019    