Ermənistan-Belarus-Rusiya qeyri-müttəfiq üçbucağı - ANALİZ

2018/12/Putin-1545916523.jpg
Oxunub: 2128     17:07     27 Dekabr 2018    
KTMT Baş katibi və qaz qiyməti ətrafında yaranan vəziyyət Ermənistan, Belarus və Rusiya arasındakı əlaqələrdə maraqlı bir üçbucaq yaradıb.

Belarus prezidenti Aleksandr Lukaşenkonun dekabrın 25-də Moskvada RF prezidenti Vladimir Putinlə görüşündən sonra, bu gün Ermənistanın Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan Rusiya lideri ilə görüşü gözlənilir.

Bu görüşlər nəticəsində vəziyyətin həll ediləcəyi ehtimalı kiçikdir

Üçbucaq Gündəmi

Son ay ərzində Ermənistan-Rusiya və Ermənistan-Belarus münasibətlərinin əsas mövzusu KTMT Baş katibinin təyin edilməsi məsələsi olub.

Məlum olduğu kimi, Yuri Xaçaturov geri çağırıldıqdan sonra Ermənistan iddia edirdi ki, KTMT-nin Baş katibi Ermənistan namizədi olmalıdır. Amma Belarus rotasiya qaydalarına uyğun bu vəzifənin öz namizədlərinə verilməli olduğu mövqeyini müdafiə edir. Bu mübahisə Ermənistan tərəfindən bir az fərqli səviyyəyə qaldırılaraq, KTMT-nin effektivliyini şübhə altına qoyub və Azərbaycanla KTMT-nin daxili məsələlərini müzakirə etdiyinə görə Belarusa ittihamlar irəli sürülüb.

Baş Katibin təyin edilməsi məsələsi noyabrın 8-də Astanada müzakirə olunub, orada tərəflər KTMT–nin Baş katibi məsələsində razılığa gəlmədiklərinə görə dekabrın 6-da Sankt-Peterburqa Kollektiv Təhlükəsizlik Şurasının sammitini keçirmək və orada müzakirə aparmağa qərar veriblər. Sankt-Peterburq görüşməsi baş verməsə də, bu, Lukaşenkonun Belarusun Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın 21 dekabrda KTMT Baş katibinə təyin edilməsi barədə qərar layihəsini imzalamasına mane olmayıb.

Lukaşenko nümunəsinə Tacikistan və Qırğızıstan da əməl edib. Öz növbəsində Stanislav Zas artıq KTMT üzvü olan ölkələr - Rusiya, Qırğızıstan, Qazaxıstan və Tacikistanı ziyarət edib, hələlik yalnız Ermənistan onu qəbul etməyib.

Lakin Ermənistan-Belarus-Rusiya münasibətlərinin gündəliyi bu məsələ ilə məhdudlaşmır.

Qeyd etmək lazımdır ki, Ermənistan üçün bu proseslər bir sıra digər hadisələrin fonunda, məsələn, Gümrüdəki 102-ci hərbi bazanın əsgəri tərəfindən Ermənistan vətəndaşının öldürülməsi və Rusiya səfirliyinə qarşı etirazlar, eləcə də KTMT üzvü olan ölkələrin parlament seçkilərində Ermənistanı təbrik etməməsi kimi hallar mövcuddur.

Bu üç ölkə arasındakı əlaqələrin hazırkı mərhələsində ən mühüm və vacib məsələ Rusiyadan qaz idxalı, eyni zamanda həm də Belarusun neft idxalı məsələsidir.

Rusiya hər il Belarus büdcəsinə təxminən 2 milyard ABŞ dolları həcmində fayda verən hər hansı gömrük rüsumu olmadan 24 milyon tona qədər neft tədarük edib. Ancaq son zamanlarda Rusiya vergi dəyişikliyi həyata keçirib, bu da Belarusun neft imtiyazlarından məhrum edilməsi deməkdir. Bununla yanaşı, Rusiya 2024-cü ilə qədər Belarusla qaz müqavilələrini uzatmaq istəmir. Yalnız 2019-cu il üçün qazın qiymətini müəyyənləşdirib, bu isə Minsk tərəfini qane etmir və qaz tədarükü barədə onu Moskvadan asılı vəziyyətə salır.

2013-cü ilin dekabrında imzalanan Ermənistan və Rusiya arasında qaz razılaşması bu il başa çatır və indi Moskva Ermənistana qaz tədarükü qiymətini nəzərdən keçirə bilər.

Buna görə, bütün yuxarıda göstərilən məsələlər, əlbəttə ki, Moskva görüşlərində müzakirə olunacaq.

Üçbucağın küncləri

Rusiya, KTMT Baş katibinin təyin edilməsi müddəti boyunca tərəflərdən hər hansı birinin dəstəklənməsinə tövhə verməyib. Belarus, Baş katib məsələsində Rusiyanın belə mövqeyindən faydalanaraq güzəştsiz mövqe sərgiləməkdə davam edir. Moskvanın səsi, şübhəsiz ki, Baş katibin təyin prosesinin həlledici ola bilər.

Digər tərəfdən, Moskva Ermənistan və Belarusun qaz və neft üçün əlverişsiz problemlər yaradır. Buna görə də, bu iki ölkəyə təzyiq açarları əldə edir. Özünə uyğun qərar qəbul etdirmək imkanı qazanır və bu qərarlar KTMT Baş katibinin təyin edilməsi ilə məhdudlaşmır.

Dekabrın 17-də Rusiya Baş naziri Dmitri Medvedev bildirib ki, Moskva və Minsk tərəfindən 1999-cu ildə iki ölkə arasında imzalanmış birgə dövlətin yaradılması haqqında Müqaviləyə məzmun verilməlidir. Bu müqaviləyə əsasən Rusiya və Belarusun birləşməsi nəzərdə tutulur. Belarus prezidenti Lukaşenko dekabrın 14-də mətbuat konfransında Belarusun Rusiyaya qoşulmasını qəbuledilməz olduğunu vurğulayıb. O, suverenliyin onlar üçün də müqəddəslik olduğunu qeyd edib. Eyni fikri daha sonra Belarus Xarici İşlər naziri Vladimir Makey də səsləndirib.

Belə çıxır ki, Ermənistan KTMT Baş katibi və qazın qiyməti məsələsində təzyiqə məruz qalmaqla yanaşı, Rusiyanın Belarusa təzyiqindən istifadə etmək və özü üçün müsbət nəticələr əldə etməyə çalışacaq.

KTMT, AİƏT və ümumiyyətlə, Avrasiya inteqrasiya orqanlarına məhz bu cür yanaşmaq lazımdır, çünki burada üstünlük müttəfiq münasibətləri deyil, əksinə, bir-birinə təzyiq etmək və təxribata çəkmək mexanizmləridir. Bugünkü görüşdə Paşinyan da məhz bunu etməyə çalışacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Belarus   Rusiya   KTMT   Qaz-neft  

Ermənistan-Belarus-Rusiya qeyri-müttəfiq üçbucağı - ANALİZ

2018/12/Putin-1545916523.jpg
Oxunub: 2129     17:07     27 Dekabr 2018    