“AİB ilə münasibətlərin yekun taleyi İrəvanın qərarından asılıdır” - Overçuk

2026/06/1780559552.jpg
Oxunub: 214     11:46     04 İyun 2026    
“Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətlərin tam şəkildə dayandırılıb-dayandırılmayacağı barədə qərar Ermənistanın özündən asılıdır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Overçuk Ermənistanın AİB ilə münasibətlərə son qoyub-qoymayacağı barədə suala cavab olaraq bildirib ki, bu sual Moskvanın deyil, İrəvanın ünvanına verilməlidir.

Onun sözlərinə görə, məsələ ilə bağlı yekun qərarı Ermənistan tərəfi verməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin