Aİ Ukrayna və Moldovanın ittifaqa qəbulu ilə bağlı danışıqların başlanmasına hazırlığa start verib

2026/03/1773647283.jpg
Oxunub: 155     01:54     04 İyun 2026    
Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə bu ölkələrin Aİ-yə daxil olması barədə danışıqların başlanmasına hazırlıq prosesinə start verib.

Ordu.az xəbər verir ki, bu barədə Aİ Şurasının Kipr sədrliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kipr sədrliyi bu gün Ukrayna və Moldovanın [Avropa İttifaqına] daxil olması üzrə danışıqların birinci klasterinin rəsmi açılışına hazırlıq prosesinə start verib", - məlumatda bildirilib.

Kipr tərəfi danışıqların açılması məsələsinin Aİ Şurasında müzakirəsini başa çatdırmaq üçün yaxın günlərdə intensiv iş aparmaq niyyətində olduğunu bildirib.

Danışıqlar prosesinin startı iyunun 15-də Lüksemburqda keçiriləcək Avropa İttifaqının genişlənməsi üzrə hökumətlərarası konfrans çərçivəsində baş tuta bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna   Moldova  


Bizi "telegram"da izləyin