İdlibdə 10 min terrorçu toplanıb

2018/08/699414-01-02_1535692857.jpg
Oxunub: 2152     13:18     31 Avqust 2018    
Suriyanın İdlib vilayətində “Ən-Nusra” və “Əl-Qaidə” terror təşkilatlarına mənsub 10 minə yaxın terrorçu var.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıb.

“Heç kəs şübhə etmir ki, “Ən-Nusra” və “Əl-Qaidə” terrorçudur. Bu terrorçular BMT tərəfindən qəbul edilir. İstənilən halda “Əl-Qaidə”, “Ən-Nusra”, fərqi yoxdur onlar özlərini necə adlandırırlar adlandırsınlar, əsas olan budur ki, İdlibdə onların sayı 10 min ətrafındadır və üstəgəl onların ailələri”, - deyə Mistura vurğulayıb.

O, həm də özünün İdlib vilayətindən mülki şəxslərin təhlükəsiz təxliyəsini təşkil etmək üçün Suriya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib.

“Mən yenə də şəxsi, fiziki olaraq hökumətlə əməkdaşlığa hazıram. İdlibdən təhlükəsiz şəkildə insanların çıxmasını zəmanətə alacaq müvəqqəti dəhliz aça bilərik”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Terror  


Bizi "telegram"da izləyin