Terrorçular 2015-ci il İdlib hücumundan sonrakı ən böyük qüvvəni toplayıb

2018/08/40438302_985384831669856_2566111133928783872_n_1535635053.jpg
Oxunub: 3671     01:26     31 Avqust 2018    
Həma, İdlib və Latakiya vilayətlərində fəaliyyət göstərən terrorçular Suriya ordusunun İdlib əməliyyatına qarşı ordu yaratmağa davam edirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Latakiyanın şimalında olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, bir neçə terrorçu qrup Suriya Ərəb Ordusu və onun müttəfiqlərinə qarşı vuruşmaq üçün ölkənin şimalına minlərlə döyüşçü səfərbər edir.

Bildirilir ki, terrorçuların hazırda topladığı dəstənin 2015-ci ilin yazında həyata keçirilən İdlib hücumundan bu vaxta qədər bir yerə yığılan ən çoxsaylı qüvvədir.

Qeyd edək ki, sözügedən hücum zamanı çox böyük qüvvə toplayan “Ceyş əl-Fateh” İdlibə böyük hücum həyata keçirmişdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Terror  


Bizi "telegram"da izləyin