Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukraynanın Kanadadakı rəsmi səfiri Andrey Şefçenko bildirib.
O qeyd edib ki, Kanada ilə aparılan danışıqlara əsasən, sərfəli şərtlər altında Ukrayna ordusuna təlimlərin keçirilməsini və silah yardımını özündə ehtiva edən UNIFIER missiyasının uzadılmasına razılıq əldə edilib.
Belə ki, yeni razılığa əsasən missiyanın müddəti daha 6 ay uzadılaraq, 31 mart 2019 tarixinə qədər artırılıb.
Qeyd edək ki, UNIFIER missiyasına 2015-də start verilib və 2017-də əldə edilən razılıqla layihənin 2018-ci ilin avqustun 31-nə kimi uzadılması qərarlaşdırılıb.
Dəyanət Ağalarlı
Ordu.az