Fransa hərbi təyyarəsi İordaniyada qəza enişi edib

2018/08/il-38-780x405_1535617691.png
Oxunub: 1682     16:31     30 Avqust 2018    
Fransaya məxsus hərbi təyyarə texniki nasazlıqdan dolayı İordaniyada qəza enişi edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 08:00 radələrində baş verib.

Məsələ ilə bağlı Amman beynəlxalq hava limanından verilən məlumata əsasən, 8 nəfərlik ekipaj heyəti təyyarənin mühərrik sistemində problem olduğunu bildirib və təcili enişə icazə verilməsini istəyib.

Bildirilib ki, sərt eniş nəticəsində təyyarəyə ziyan dəysə də, heyət üzvlərinin hər biri bədbəxt hadisədən zərər görmədən xilas olmağı bacarıblar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İordaniya   Hərbi-Təyyarə   Qəza-Enişi  


Bizi "telegram"da izləyin