Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sınaq Kazaxıstan Respublikası ərazisində yerləşən Sari-Şağan sınaq poliqonunda baş tutub. Rusiya Aerokosmik Qüvvələrinin Hava və Raketdən Müdafiə bölməsi yeni raketin sınağını həyata keçirib.
Çox saylı uğurlu sınaq nəticəsində raketin layihə parametrlərinə uyğun xüsusiyyətləri isbat olunub. Onun sınaqlar zamanı şərti hədəfləri yüksək dəqiqliklə vurduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az