Donbasda son 24 saat: 4 seperatçı zərərsizləşdirilib

2018/08/630_360_1534488291-4137_1535615526.jpg
Oxunub: 2150     15:53     30 Avqust 2018    
Ukraynanın Donbas vilayətində seperatçılarla ordu qüvvələri arasındakı qarşıdurmalar ötən gün səngimək bilməyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti yayıb.

Bildirilib ki, ötən gün ərzində seperatçılar atəşkəs rejimini ümumilikdə 18 dəfə pozublar.

Baş verən qarşıdurmalar nəticəsində ordu itki verməsə də, 1 hərbçi yaralanıb.

Ukrayna hərbi kəşfiyyatının əldə etdiyi məlumata əsasən, həyata keçirilən cavab atəşi zamanı 4 seperatçı məhv edilib, daha 2-si isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin