“Münbicdə yavaş da olsa irəliləmə var” - Hulusi Akar

2018/08/thumbs_b_c_8c01d2aa8a3f431b9b05b717a037fac8_1535615298.jpg
Oxunub: 4021     15:45     30 Avqust 2018    
“Münbicdə yavaş da olsa irəliləmə olur. Həmkarlarımıza YPG/PKK-nın bölgəni tərk etməli olduğunu tez-tez xatırladırıq”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Müdafiə naziri Hulusi Akar səsləndirib.

Atatürk Mədəniyyət Mərkəzində ordu komandanları və nazir köməkçiləri ilə görüşən Hulusi Akar Münbic Yol Xəritəsinin hazırkı vəziyyəti ilə bağlı açıqlamalar verib.

“Bilindiyi kimi Yol Xəritəsi hazırlandı. Bu çərçivədə münasibətlərimizi həssas bir şəkildə davam etdiririk. Verilən sözlərin yerinə yetirilməsi üçün onları izlədiyimizi özlərinə də bildiririk. Yavaş da olsa irəliləmələr var”, - deyə Akar vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Münbic   Suriya  


Bizi "telegram"da izləyin