Danford və Pompeo Pakistana səfər edəcəklər

2018/08/Pompeo-Dunford-pics_1535614329.jpg
Oxunub: 3966     15:33     30 Avqust 2018    
ABŞ Baş Qərargah rəisi Cozef Danford Xarici İşlər naziri Mayk Pompeo ilə birlikdə gələn həftə İslamabada səfər edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfərin məqsədi Pakistan rəhbərləri ilə terrorla mübarizə məsələləri üzərində danışıqlar aparmaq və bu mənada ehtiyacları öyrənməkdir.

Bildirilir ki, səfər çərçivəsində Danford və Pompeonun Pakistanın yeni Baş naziri İmran Xanla görüşü də planlaşdırılıb. Danışıqlar zamanı iki ölkənin ortaq maraqlarının müdafiəsi və terrorla mübarizədə atılmalı addımlar müzakirə ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pakistan  


Bizi "telegram"da izləyin