Misir ordusu Sinayda 20 terrorçunu zərərsizləşdirib

2018/08/Снимок_1535606606.png
Oxunub: 1524     13:22     30 Avqust 2018    
Misir ordusu Sinay yarımadasında İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar yarımadanın mərkəz və şimal zonasında həyata keçirilib.

Məsələ ilə bağlı məlumat yayan Misir Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, əməliyyatlar nəticəsində azı 20 İŞİD üzvü zərərsizləşdirilib.

Məlumata əsasən, hadisə naticəsində ordunun 4 hərbçisi yaralanıb, itki yoxdur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Sinay   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin