TSQ İraqda 9 PKK terrorçusunu zərərsizləşdirib

2018/08/thumbs_b_c_53338a771fa454f5cbe5d7dcdc0e706f_1535605515.jpg
Oxunub: 3215     13:04     30 Avqust 2018    
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında terrorçuların mövqelərinə aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar İraqın şimalındakı Qara bölgəsində həyata keçirilib.

Məsələ ilə bağlı Türkiyə Baş Qərargahından verilən məlumata əsasən, endirilən aviazərbələr nəticəsində PKK terror qruplaşmasının 9 üzvü məhv edilib.

Qeyd edək ki, əməliyyatlardan sonra bölgədə hazırda patrul uçuşları həyata keçirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   PKK   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin