“Taliban”ın daha bir şəhərə hücumundan ehtiyat edilir

2018/08/40318636_526725091133870_2410650471912964096_n_1535561568.jpg
Oxunub: 2155     00:51     30 Avqust 2018    
Əfqanıstanlı rəsmilər “Taliban” qiyamçılarının Qəzni döyüşlərindən sonra bu dəfə də başqa bir şəhəri hədəf aldıqlarına dair həyəcan təbili çalırlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə danışan Pakita vilayətinin polis rəisi Məhəmməd Mənduzayi qiyamçıların Qardez şəhərinə hücum planlaşdırdıqlarını bildirib.

Onun sözlərinə görə, əsas narahatlıq doğuran məqam isə şəhərin müdafiəsinin kifayət qədər möhkəm olmamasıdır. Buna görə də, hazırda şəhər ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir.

Polis bildirib ki, son bir neçə ay ərzində, xüsusilə Qəzni insidentindən sonra aparılan kəşfiyyat əməliyyatlarından əldə edilən nəticələrə əsasən Paktiya vilayətinə və xüsusilə Qardez şəhərinə böyük hücum planlaşdırıldığı aydın olub.

Bu xəbərlə yanaşı Paktia sakinləri və vilayət şurasının üzvləri mərkəzi hökumətin şəhərin təhlükəsizlik qayğılarına diqqət yetirməyəcəyi təqdirdə “Taliban”a təslim olacaqlarını bildiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin