Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, imzalanan müqavilənin dəyəri 14,3 milyon dollardır və onun tamamlanma vaxtı üçün 2020-ci ilin sentyabrı nəzərdə tutulub.
Müqavilədə “Javelin” raketləri üzərində tədqiqat, təkmilləşdirmə, sınaq və nəticələrin dəyərləndirilməsi işləri nəzərdə tutulub. Bu işlər ABŞ-ın Arizona ştatında həyata keçiriləcək.
Qeyd edək ki, FGM-148 “Javelin” daşınabilən tank əleyhinə raketdir. O, ABŞ və bir sıra müttəfiq ordular tərəfindən istifadə edilir. Raketin atdım-unutdum infraqırmızı bələdçilik sistemi var və bu sistem atışdan sonra operatordan heç bir istiqamət idarəsinə ehtiyac duymur.
Ağalar Ağalarlı
Ordu.az