Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, kompaniyadan edilən açıqlamada bunun üçün zəruri olan elektrik motorlar ərsəyə gətirilib.
“Yeni təkmilləşdirilmiş yerli elektrik mühərrikləri artıq aktiv eksoskeletlər hazırlamağa imkan verəcək. Əlbəttə ki, onların gücünü artırmaq üçün işlər görülür”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, eksoskelet əsgərlərin möhkəmliyini, dayanıqlılığını və sürətini artırmaq üçün zəruri hesab edilir. Məsələn uzaq məsafəyə ağır yük daşıyanda, yaxud böyük kalibrli silahlardan istifadə edərkən onun üstünlüklərindən faydalanmaq mümkündür.
Ağalar Ağalarlı
Ordu.az