ABŞ HHQ hərbçilərin gözlərinin lazerlərdən müdafiəsini gücləndirməyə çalışır

2018/08/tyrer-laser-absorbing-filter-strip---clear_1534245520.png
Oxunub: 3006     19:18     14 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Qvardiyası personalın gözlərinin lazer silahlara qarşı müdafiəsini gücləndirmə yollarını araşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası yeni layihə başladıb.

Layihəyə rəhbərlik edən tədqiqatçı polkovnik-leytenant Misah Kinney və Maykl Reddiks layihənin əsas məqsədinin gözlərin lazerlərdən effektiv müdafiəsini təmin edəcək örtüyün əldə edilməsi olduğunu bildirib.

Bundan başqa gözlərin müdafiəsində xərclərin azaldılması, uçuş təhlükəsizliyinə risk meydana gətirə biləcək lazerlərə qarşı müdafiənin təmin edilməsi və s. də layihənin əsas məqsədlərindəndir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   Lazer  


Bizi "telegram"da izləyin