GD Pentaqonun İT sistemləri layihəsinə liderlik edəcək

2018/08/456456_1533821667.jpg
Oxunub: 267     21:48     09 Avqust 2018    
“General Dynamics” şirkəti ABŞ Müdafiə Nazirliyinin ordunun xidmətindəki nəhəng miqyaslı informasiya texnologiyaları sistemləri layihəsində başlıca rol sahibi olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən layihə çərçivəsində Pentaqon ordu daxilindəki müxtəlif komandanlıqların informasiya texnologiyaları sistemlərinin modernizasiyasını və ya tamamilə yenidən qurulmasını planlaşdırır.

Məsələ ilə bağlı Pentaqonun mətbuat xidmətindən bildirilən açıqlamada qeyd olunub ki, 9,7 milyard dollar dəyərindəki layihənin əsas iştirakçısı “General Dynamics” şirkəti olacaq.

Belə ki, şirkət layihənin təxminən 9,1 faizini başqa sözlə təxminən 880 milyon dollarlıq hissəsini həyata keçirəcək.

Qeyd edək ki, layihədə “General Dynamics”lə yanaşı daha 20-dən çox şirkət iştirak edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: General-Dynamics   Pentaqon  

Xəbər lenti

GD Pentaqonun İT sistemləri layihəsinə liderlik edəcək

2018/08/456456_1533821667.jpg
Oxunub: 268     21:48     09 Avqust 2018    