Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüş Finlandiya Prezident Sarayı – "Presidentinlinna"da baş tutacaq. Hər iki liderin təyin olunan vaxtdan qısa müddət öncə məkana çatması gözlənilir.
O bildirib ki, prezidentlər arasındakı görüşün neçə dəqiqə davam etməsinə dair konkret plan olmasa da, Rusiya tərəfindən bununla bağlı heç bir məhdudiyyət irəli sürülməyib.
Suriya böhranı, Ukraynanın şərqindəki vəziyyət və nüvə məsələlərinin müzakirə edilməsi gözlənilən görüşdən sonra mətbuat konfransı təşkil olunacaq. Plana əsasən, liderlər iki-iki olmaqla, ümumilikdə 4 suala cavab verəcəklər.
Ağalar Ağalarlı
Ordu.az