“Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında iyulun 16-da Helsinkidə baş tutacaq danışıqlar mürəkkəb olacaq, lakin heç bir şey onu daha da çətinləşdirə bilməz”.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov səsləndirib.
“Danışıqlar gərgin olacaq. Gündəmdəki fikir ayrılıqları olan mövzuların siyahısının uzunluğunu özünüz də bilirsiniz, buna görə də bu danışıqları daha çətin edə biləcək bir şey düşünə bilmirəm”, - deyə Peskov bildirib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
Putin
Helsinki