Çexiya Trampın müdafiə xərclərinə dair tələbini rədd edib

2018/07/180711092134-01-trump-nato-meeting-0711-exlarge-169_1531381306.jpg
Oxunub: 394     15:37     12 İyul 2018    
Çexiya rəsmiləri ABŞ prezidenti Donald Trampın NATO dövlətlərinə etdiyi müdafiə xərclərinin ÜDM-nin 4%-nə qədər artırılması tələbini rədd edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə danışan Çexiya Xarici İşlər naziri və Baş nazirin müavini Yan Hamacek Çexiyanın 2%-lik tələbi hədəflədiyini bildirib.

Çexiya Müdafiə naziri isə Trampın bu tələbinin uzun müddətli zaman kəsiyində mümkün ola biləcəyini, hazırda isə Çexiyanın 2024-cü ilə qədər hərbi xərclərini ÜDM-nin 2%-nə çatdırmağı planlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, NATO-nun Brüsseldə davam edən sammitində dünən Tramp üzv ölkələrin öz hərbi xərclərini ÜDM-nin 4%-nə çatdırmalı olduğunu bildirib. Çexiyada bu göstərici hazırda 1,4% təşkil edir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Çexiya   NATO  

Çexiya Trampın müdafiə xərclərinə dair tələbini rədd edib

2018/07/180711092134-01-trump-nato-meeting-0711-exlarge-169_1531381306.jpg
Oxunub: 395     15:37     12 İyul 2018    