İraq qoşunları həyəcanda: İŞİD kütləvi şəkildə sərhədə yaxınlaşır

2018/07/ac69600697e31c5e14994f5b0eb9a996_1531376178.jpg
Oxunub: 336     10:16     12 İyul 2018    
İŞİD terrorçularına məxsus 60-a yaxın maşının Suriya tərəfdən İraq sərhədinə yaxınlaşması ilə bağlı məlumatlar yayılıb.

Ordu.az “Iraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Neynəvə Əməliyyatlar Komandanlığının polkovniki Səəd Əl-Marsumi bildirib.

“Komandanlıq tərəfindən əldə edilən məlumata görə, İŞİD üzvlərini daşıyan 60-a yaxın maşın İraqa daxil olmaq məqsədilə Suriya tərəfdən sərhədə doğru irəliləyir. Onların xüsusilə Bəəc şəhərinə girmək istədikləri ehtimal edilir”, - deyə Əl-Mərsumi qeyd edib.

Mərsuminin sözlərinə görə, onlar çox sayda silah-sursatla təchiz olunublar və hansısa terror əməliyyatı planlaşdırırlar.

“Bu səbəbdən dolayı İraq qoşunları tam hazır vəziyyətə gətirilib. Artıq hansısa əməliyyatın qarşısının alınması üçün hərbi plan da hazırlanıb. Bütün bölüklər bu əməliyyatda iştirak edəcək”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İraq   İŞİD   Suriya  

Xəbər lenti

İraq qoşunları həyəcanda: İŞİD kütləvi şəkildə sərhədə yaxınlaşır

2018/07/ac69600697e31c5e14994f5b0eb9a996_1531376178.jpg
Oxunub: 337     10:16     12 İyul 2018    