Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu səsləndirib.
Onun sözlərinə görə, yeganə olaraq Kiyevin qeyd-şərtsiz Minsk sazişinin şərtlərini yerinə yetirməsi Ukraynadakı rusları soyqırımdan xilas edə bilər.
“Rusiya və Ukrayna arasında birbaşa konfrontasiyanın mümkün olmadığına inanıram. Bizim ortaq köklərimiz var, əsrlərdir ki, birlikdə yaşamağa davam edirik. Biz İkinci Dünya Müharibəsində azadlığımız üçün çiyin-çiyinə birlikdə mübarizə aparmışıq. Mənim ailəm Ukraynada yaşayıb, mən özüm Ukraynanın Luqansk bölgəsindəki kilsələrdən birində xaç suyuna salınmışam. Buna görə də, ölkələrimiz arasında münaqişə olacağını düşünmürəm”, - deyə Şoyqu vurğulayıb.
O, Kiyevin öz öhdəliklərini yerinə yetirmədiyini bildirib və əsassız olaraq Rusiyanı ittiham etməsindən təəssüf hissi keçirdiyini ifadə edib.
Ağalar Ağalarlı
Ordu.az