Husilər Cizənə daha bir raket hücumu edib

2018/07/saudi-arabia-says-it-intercepts-houthi-missile-launched-at-jizan_1531291313.jpg
Oxunub: 3633     14:40     11 İyul 2018    
Səudiyyə Ərəbistanı husilərin krallığın şərqindəki Yəmənlə sərhəd Cizən bölgəsinə artileriya hücumu etdiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı dövlət televiziyasından bildirilib.

Xəbərdə qeyd olunub ki, Husi qiyamçıları ötən gün Səudiyyə Ərəbistanının Cizən bölgəsinə raket hücumu ediblər.

Krallığın Hərbi Hava Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi raketi havadaykən zərərsizləşdirib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Yəmən   Husilər   Raket-Hücumu  


Bizi "telegram"da izləyin