Ərəb Koalisiyası: Xarici hərbi ekspertlər husilərə təlim keçir

2018/07/584789456151658_1531211783.jpg
Oxunub: 1344     16:35     10 İyul 2018    
“Koalisiya qüvvələrinin xarici hərbi ekspertlərin husi qiyamçılarına təlim keçməsinə dair sübutları var”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Ərəb Koalisiyasının mətbuat katibi polkovnik Turki Əl-Maliki bildirib.

Onun sözlərinə görə, xarici ekspertlər dedikdə xüsusilə "Hizbullah"ın Yəmənin Səda vilayətində aktiv fəaliyyət göstərdiyini demək olar.

Səda vilayətinin müxtəlif nöqtələrində "Hizbullah" üzvlərinin husilərə təlimlər keçdiyi iddia olunub. Əl-Maliki bu nöqtələrdən beşinin – Maştab, Maran, Razi, Əl-Maqlaq və əl-Nua dağlarındakı ərazilərin ordu tərəfindən dağıdıldığını qeyd edib.

O, Yəmən ordusunun ölkənin müxtəlif bölgələrində əhəmiyyətli qələbələr qazandığını və xüsusilə Səda vilayətində xeyli üstünlük əldə etdiyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər   Hizbullah  


Bizi "telegram"da izləyin