Pompeo Şimali Koreyada rəsmi səfərdədir

2018/07/1489498498458_1530954086.jpg
Oxunub: 4342     17:34     07 İyul 2018    
ABŞ Xarici İşlər naziri Mayk Pompeo Donald Trampla Kim Çen In arasında imzalanmış ortaq bəyanatın tətbiqinə dair danışıqlar aparmaq məqsədilə Şimali Koreyaya səfər edib.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, Pompeo buradakı danışıqların birinci mərhələsini artıq yekunlaşdırıb.

Bu vaxta qədər səfərlə bağlı edilən yeganə açıqlama Pompeonun tvitter hesabından olub. Bu isə sadəcə Pompeonun özünü müşayiət edən komandansı ilə qürur duyması haqqındadır.

Xatırladaq ki, onun səfərinin davam etdiyi bir vaxtda bu gün Şimali Koreyanın özünün nüvə imkanlı yeni sualtı gəmisinin inşasını dayandırmadığına dair xəbərlər yayılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şimali-Koreya   Pompeo  


Bizi "telegram"da izləyin