Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatının qərargahı məlumat yayıb.
Məlumata görə, separatçı qüvvələr bəzi ağır silahlar, artilleriya mərmiləri, minaatanlardan olmaqla sutka ərzində atəşkəsi 34 dəfə pozublar.
Bu hücumlar nəticəsində Ukrayna ordusunda iki əsgər yaralanıb. Separatçılar cavab atəşi ilə susdurulsa da, qarşı tərəfin itkiləri barədə dəqiq məlumat yoxdur.
Ağalar Ağalarlı
Ordu.az