SQQ Derada terrorçuların daha bir liderini zərərsizləşdirib

2018/07/saa-20160518-2_1530947519.jpg
Oxunub: 3087     15:07     07 İyul 2018    
Suriya hökumət qüvvələri Deradakı əməliyyatlarda "Fəlluca Horan" terrorçu qruplaşmasının önəmli fiqurlarından birini məhv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ötən gün ordunun Derada həyata keçirdiyi anti-terror əməliyyatlarında baş verib.

Zərərsizləşdirilən terrorçu Derada və Suriyanın digər cənub bölgələrində fəaliyyət göstərən "Fəlluca Horan" qruplaşmasının liderlərindən olan Məhəmməd Əl-Məhəmiddir.

Qeyd edək ki, Əl-Məhəmid illərdir qruplaşmanın Deradakı qoluna başçılığı həyata keçirirdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin