Brüssel sammitində Ukrayna-NATO sessiyası olmayacaq

2018/07/Снимок_1530946541.png
Oxunub: 2136     14:46     07 İyul 2018    
Macarıstan və Kiyev arasında narazılıqların davam etməsinin Ukraynanın NATO-ya üzvlüyünə mane olacağı gözlənilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantik İnteqrasiya Məsələləri üzrə müavini İvanna Klimpuş bildirib.

O qeyd edib ki, Macarıstan və Ukrayna arasındakı problemlər həll olunmadan Kiyevin alyansa üzvlüyündən söhbət gedə bilməz.

“Bu ay baş tutacaq Brüssel sammitində xüsusi Ukrayna-NATO sessiyasının təşkil edilməsi ilə bağlı danışıqlar aparılırdı və böyük ölçüdə hər şey hazır idi. Lakin Budapeştdən alyansa edilən təzyiqlər nəticəsində sessiya ləğv edildi. Əgər Macarıstan iclasın keçirilməsinə belə razılıq vermirsə, onda üzvlükdən danışmaq absurddur. Macarıstanla ikitərəfli problemlər həll edilmədən Ukraynanın NATO-ya üzv kimi qəbul edilməsi mümkünsüzdür”, - deyə Klimpuş bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Macarıstan   NATO  


Bizi "telegram"da izləyin