Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu müqavilənin imzalanması uğrunda təqribən 6 aydan uzun müddət ərzində böyük səylər göstərilib.
Bir çox dövlətin qazanmağa çalışdığı layihə ilə bağlı uzun-uzun danışıqlar, taktiki çalışmalar həyata keçirilib.
Digər şirkətlərin böyük ölçüdə qiyməti salmağa getdiyi halda Türkiyənin əlindəki qabaqcıl texnologiyadan faydalandığı bildirilir.
Xatırladaq ki, dünən Türkiyə Müdafiə naziri Nurəddin Canikli Pakistanla Türkiyə arasında 4 ədəd korvet gəmisinin alqı-satqısına dair milyard dollarlıq müqavilə imzalandığını elan edib.
Ağalar Ağalarlı
Ordu.az