Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilə ikitərəfli hərbi əməkdaşlıqla bağlı ötən gün baş tutan iclasda əldə edilən razılıq əsasında bağlanıb.
Müqavilə ilə bağlı ətraflı məlumat verilməsə də, bildirilib ki, əməkdaşlıq əsasında Türkiyə özünün yerli istehsalı olan pilotsuz uçuş aparatlarının Ukraynaya satışını həyata keçirəcək.
Qeyd edək ki, bunun qarşılığında Türkiyə tərəfi də Ukraynanın AN-178 təyyarələrində maraqlı olduğunu bildirib.
Dəyanət Ağalarlı
Ordu.az