SQQ Dera əməliyyatlarının sonuna yaxınlaşır

2018/07/13970402001085_Test_PhotoI_1530797031.jpg
Oxunub: 3804     21:50     05 İyul 2018    
Suriya ordusu Deranın üsyançılardan və terrorçulardan azad edilməsini yekunlaşdırmaq üzrədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son bir gündə ümumilikdə daha 27 kənd və qəsəbə terrorçulardan azad edilib.

Bildirilir ki, Derada həyata keçirilən əməliyyatlarda "Həyat Təhrir Əş-Şam" terror qruplaşmasının 22 üzvü zərərsizləşdirilib.

Həmçinin son hücumlardan sonra Deranın 80 faizi ordu qüvvələrinin nəzarəti altına keçib.

Qeyd edək ki, qarşıdakı bir neçə gündə Suriya hökumət qüvvələrinin Deranı tam olaraq terrorçu qruplaşmalardan azad edəcəyi gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin