SQQ uğursuz atəşkəs danışıqlarından sonra əməliyyatlara davam edir

2018/07/13970408000178_PhotoI_1530795454.jpg
Oxunub: 2991     21:21     05 İyul 2018    
Suriya ordusu Rusiyanın üsyançılarla danışıqlarının uğursuz olmasından sonra Deradakı əməliyyatlarına yenidən start verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Suriya hökumət mənbələrindən açıqlanıb.

Bəyanatda bildirilib ki, Rusiya ilə danışıqlar Suriyanın hələ də məsələnin sivil yolla həllində maraqlı olmasını göstərir. Lakin üsyançılar bu imkanı dəyərləndirmək əvəzinə aradakı sonuncu körpüləri də yandıracaq olan rədd cavabını veriblər.

“Hazırda hərbi birliklərimiz Deranın Əl-Bələd və Əl-Nameh şəhərlərindən üsyançı qüvvələrinin mövqelərini aramsız artilleriya atəşinə tutur. Əməliyyatlar Dera tam azad olunana qədər davam etdiriləcək”, - deyə bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   SQQ   Əməliyyatlar  


Bizi "telegram"da izləyin