Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bəzi yerli mənbələr məlumat yayıb.
Xəbərdə bildirilib ki, terrorçu qruplaşma bölgədə yerləşən çox sayda xırda qruplaşmaların da dəstəyi ilə önəmli hücumlar həyata keçirəcək.
Suriya ordusundan bu təhdidlərə verilən cavabda bildirilib ki, artıq ordu istənilən hücuma qarşı hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, terrorçu qruplaşma ötən gün 22 üzvünün Suriya ordusu tərəfindən öldürüldüyünü və bunun qisasının qısa zamanda alınacağını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az