Lukaşenko: “Hərbi bloklar digər dövlətlərin təhlükəsizliyi bahasına genişlənir”

2018/07/1037763070_1530789816.jpg
Oxunub: 4516     19:20     05 İyul 2018    
“Hərbi bloklar və alyanslar digər dövlətlərin milli təhlükəsizliyinin pozulması hesabına genişlənir”.

Ordu.az “Belta”ya istinadən xəbər verir ki, bu sözləri Belarusun prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Təəssüf ki, daha öncə də bir neçə dəfə dediyim kimi, yeni əsr döyüşən bəşəriyyətdən xilas ola bilməyib. Silahlı təcavüzlər hələ də xarici siyasi maraqların təminatında alət kimi istifadə edilir. Hərbi blok və alyansların genişlənməsi eyni zamanda digər dövlətlərin təhlükəsizliyini təhdid altına atır”, - deyə Poroşenko bildirib.

O, bütün bunlara baxmayaraq Belarusun sülhməramlı siyasətə bağlı qaldığını və həm regional, həm də beynəlxalq miqyasda sülhün davamı üçün xidmət etdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Lukaşenko  


Bizi "telegram"da izləyin